Ölkə futbolu

Ramil Şeydayevə 4 oyunluq cəza

10.03.2021 , 15:59

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Korner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun XVI turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Qarabağ-2” – “Kəpəz” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

MOİK – “Keşlə-2” oyununda “Keşlə-2” meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnib.

“Zaqatala” – “Sumqayıt-2” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Aleksandr Şemonayev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə edilib.
Oyunda topdaşıyan şəxslər təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimələnib.

“Sabah-2” – “Qaradağ Lökbatan” matçının 63-ci dəqiqəsində meydan sahiblərinin 90 nömrəli futbolçusu Ramil Şeydayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıv, klub 320 manat cərimə olunub. Oyunda “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.

“Turan Tovuz” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.

Son yazılar

Yuxarı