Ramil oynamadı, “Dinamo” uduzdu
28.09.2019 , 22:55

Rusiya Premyer Liqasında XI turun oyunları davam edir.
Korner.xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” səfərdə “Rostov”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
Şeydayev sona qədər ehtiyatda qalıb.
“Dinamo” hazırda 10 xalla 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.
