Ramil oynadı, “Dinamo” azlıqda qalan rəqəbinə uduzdu
22.07.2019 , 11:15
Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.
Moskva klubu Kazanın “Rubin” klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı fasilədə əvəzlənib.
“Dinamo” 2 turdan sonra cəmi 1 xal toplayıb və 16 kollektiv arasında 12-cidi.
