Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Rəvan” üzərində qələbə qazanan “Simurq” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına əsasən “Rəvan”ın baş məşqçisi Ramil Əliyev oyundan sonra fikirlərini bildirib:
“Simurq” Premyer Liqada çox yaxşı çıxış edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur. Premyer Liqa ilə I divizion arasında böyük uçurum var. Səviyyə fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
