Ramazanovdan ilk
10.02.2020 , 16:56

Ağabala Ramazanov “Zirə”nin tarixində ilkə imza atıb.
Korner.az xəbər verir ki, 27 yaşlı hücumçu komandanın heyətində Premyer Liqada keçirdiyi ilk iki oyunda qol vurmağı bacarıb.
15-ci turun “Sabah”la görüşündə (2:0) debüt edən forvard həmin oyunda qol hesabını açıb. Ağabala 16-cı turun “Sumqayıt”la səfər qaşılaşmasında (1:2) da meydanı qolsuz tərk etməyib.
