Ramazanova 39-cu yeri tutdu
25.07.2024 , 14:44

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.
Yarışa 30-cu cütdə başlayan Y.Ramazanova hədəfi 72 dəfə nişan alıb və bu atışlarda 647 xal toplayıb. İdmançımız bu nəticələrə əsasən 39-cu yeri tutub.
Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
1/32 final görüşləri iyulun 30-da keçiriləcək.
