Ramazanov futboldan getdi
19.06.2024 , 11:37

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov karyerasını bitirib.
Korner.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib:
“Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!”.
Futbolçunun son klubu “Səbail” olub.
