Gürcüstan çempionatında VII turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, millimizin sabiq müdafiəçisi Rasim Ramaldanovun komandası “Kolxeti” doğma meydanda “Zuqdidi” ilə qarşılaşıb. Poti təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0. Təcrübəli müdafiəçi bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
