Rakitiç rəsmən “Sevilya”da
02.09.2020 , 17:20
“Sevilya” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, La Liqa klubu “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer edib. 32 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Klub bu keçid üçün katalonlara 10,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Rakitiç 2014-cü ildə “Sevilya”dan “Barselona”ya keçmişdi.