Rakitiç rəsmən Xorvatiya klubunda
21.07.2024 , 10:00

Ulduz oyunçu İvan Rakitiçin “Hayduk”a keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rakitiç keçidi bu gün ictimaiyyətə rəsmən təqdim olunacaq.
Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının “Əl-Şabab”ı olub.
