Dünya Futbolu

Rakitiç rəsmən “Sevilya”da

02.09.2020 , 17:20

“Sevilya” yeni transferini açıqlayıb.

Korner.az xəbər verir ki, La Liqa klubu “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer edib. 32 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Klub bu keçid üçün katalonlara 10,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Rakitiç 2014-cü ildə “Sevilya”dan “Barselona”ya keçmişdi.

Son yazılar

Yuxarı