Çempionlar Liqasında "Hapoel" önündə yaşanılan məğlubiyyətdən sonra komandadan uzaqlaşdırılan Rail Məlikov artıq rəsmən "Dənizlispor"la ikiillik müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, Türkiyə ikinci liqası təmsilçisinin rəsmi internet səhifəsivə bəzi idman agentlikləri artıq xəbəri təsdiqləyib.
Sabiq "flaqman"lı klubun internet səhifəsinə verdiyi açıqlamada "Dənizlispor"u Avroliqalardakı uğurlu çıxışından tanıdğını və klubu üçün gələcəkdə əlindən gələni edəcəyini söyləyib: "O vaxtlar burada oynamaq mənim xəyalım idi".
Klubun idarəçisi Ömər Üzəl isə lazımi mövqelərə futbolçular transfer etməkdə davam edəcəklərini bildirib.
