big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Rail Məlikov: “Bu, futbolçu həyatının yazılmamış qaydasıdır” (MÜSAHİBƏ)

14.02.2013 , 17:02

Türkiyənin “Dənizlispor” klubunda çıxış edən Rail Məlikov bu gün “Neftçi”nin bazasında olub. Korner.az-ın məlumatına görə, futbolçuya “ağ-qaralar”ın heyətində qazandığı çempionluq medalı təqdim edilib. Görüşdən sonra Məlikov klubun rəsmi saytına müsahibə verib:

– Mövsümün əvvəlindən Türkiyənin “Dənizlispor” klubunun formasını geyinirsən. Qardaş ölkədəki şəraitindən, çıxışından razısanmı?
– Ölkədən kənarda oynamağın öz üstünlükləri olduğu kimi müəyyən çətinlikləri də var. Amma ora tezliklə uyğunlaşdım. Məlumdur ki, eyni dildə danışırıq və adətlərimiz də çox oxşardır. Bu baxımdan çətinlik yaranmadı. Təbii ki, Türkiyə futbolunda rəqabət və mübarizə daha ağırdır. Bununla belə PTT Liqası Azərbaycan çempionatından heç də üstün deyil. Sadəcə orada futbol infrastrukturu daha güclü inkişaf edib və azarkeşlər oyunlara daha çox maraq göstərirlər. Belə şəraitdə oynamaq futbolçuya da zövq verir. Fikrimcə bu gün 5-10 futbolçumuz Türkiyə Super Liqasının klublarında çıxış edəcək gücdədir. Bu klublar arasında mənimlə maraqlananlar da var.

– Türkiyədə olduğun müddətdə “Neftçi”nin oyunlarını izləyirdinmi?
-Mən “Neftçi” ilə 2 dəfə çempionluq yaşamışam. Ən böyük uğurlarım da bu klubun adı ilə bağlıdır. “Neftçi”nin səfərdə APOEL-i məğlub etməsinə nə qədər sevindiyimi ifadə edə bilmərəm. Hətta yaxşı mənada qısqanmışdım da. Həmin heyətdə olmaq istərdim. Amma bu futbolçu həyatının yazılmamış qaydasıdır. Ömürlük bir klubda qala bilməzsən. Necə deyərlər əvəzedilməz futbolçu yoxdur.

– Türkiyədə “Neftçi”nin Avropa Liqasındakı oyunlarına maraq necə idi?
-“Neftçi”nin bəzi qrup oyunlarına komanda yoldaşlarımla birgə baxmışdım. Onlar da yaxşı mənada təəccübləndikərini deyirdilər. İtaliyada “İnter”lə heç-heçədən sonra bir daha əmin oldular ki, Azərbaycanın Avropada sözünü deyə biləcək səviyyədə təmsilçisi var. Bu onlar üçün də qürur mənbəyidir. Azərbaycanda futbolsevərlər məşhur Türkiyə klublarına necə azarkeşlik edirsə, yaxın gələcəkdə Türkiyədə də “Neftçi”nin belə fanatları olacaq. Artıq bunun ilk işartıları var.

– “Neftçi” həmişə olduğu kimi bu mövsüm də çempionluğa iddialıdır. Bununla bağlı fikirlərini bilmək istərdik.
-“Neftçi” ardıcıl 3-cü dəfə çempion olmaq üçün hər bir potensiala malikdir. Klub prezidenti Sadıq Sadıqovun formalaşdırdığı kollektiv yalnız ən yüksək məqsədlər üçün çalışır. “Neftçi”ni qızıl medallardan savayı heç bir yer qane edə bilməz. Hazırda “Dənizlispor”da çıxış etsəm də, ürəyim hər zaman “Neftçi” ilə döyünür. Futbolçusu olsam da, olmasam da mən “Neftçi”nin azarkeşiyəm. İnanıram ki, “Neftçi” bu mövsüm ardıcıl üçüncü çempionluğunu qazanacaq və avrokuboklarda yazdığı tarixin davamını gətirəcək.

Son yazılar

To Top