2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Dənizlispor” və “Qəbələ”nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.
