Türkiyə çempionatının l divizionunda 2-ci tura dünən keçirilən "Dənizlispor" – "Qaziantep Böyükşəhər Bələdiyyəsispor" oyunu ilə yekun vurulub. Korner.az– ın məlumatına görə, həmyerlimiz Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" oyunda 1:0 hesabı ilə qalib gəlib. Klub Railə lisenziya ala bilmədiyi üçün futbolçumuz matçda iştirak edə bilməyib.
Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan "Dənizlispor" 9-cu pillədə qərarlaşıb.
