Türkiyə PTT I Liqasında 8-ci turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” səfərdə “Kayserispor”la qarşılaşıb.
Oyun Dənizli təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail Məlikov oyunun iştirak ərizəsinə salınsa da, ehtiyatda qalıb.
Qeyd edək ki, “Dənizlispor” 8 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsindədir.
