Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Azərbaycanlı futbolçu Rail Məlikovun komandasını bundan sonra Mehmet Altıbarmaq çalışdıracaq.
O, bir neçə gün öncə ardıcıl məğlubiyyətlərdən sonra istefa vermiş Əngin İpəkoğlunu əvəzləyib.
