"Neftçi" doğma meydanda 100% udacaq. Ancaq mərhələ adlamağı deyə bilmərəm. İnşallah o da olacaq". Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"dən kənarlaşdırılan futbolçu Rail Məlikov deyib.
Müdafiəçi daha sonra bunları dedi: "Əgər "Neftçi" bu mərhələni keçə bilməsə Avropa Liqasında "pley-off" oynayacaq. İnanıram ki, burda uğurlu olarlar. "Neftçi" elə komandadır ki, potensialı yüksəkdir. Hansı oyunda toparlansa o oyunda da, qalib gələcək".
