“Antalya toplanışının başından bəri komanda ilə məşqlərə
qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti
altında çalışıram. Günün ikinci yarısında əsasən fitnes salonunda məşq edirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə
başalayan Rail Məlikov söyləyib. 3 aydan artıq yaşıl meydanlardan uzaq düşən təcrübəli
müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail
futbol üçün darıxdığını deməyi də unutmayıb:
“Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu
çalışmalar üçün əməliyyatın üzərindən ən az 4 ay keçməlidir. Yəqin ki, 10 gün
sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez
bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm”.
