Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” doğma meydanda “Adana Dəmirspor”u qəbul edib.
Oyun qonaq komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Məlikov oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, Dənizli təmsilçisi 18 turdan sonra 17 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
