Rahim Sterlinqin “Çelsi” macərası başa çatdı
28.01.2026 , 21:40
“Çelsi” rəhbərliyi Rahim Sterlinqlə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər arasında olan müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
31 yaşlı futbolçu bu mövsüm London klubunun əsas heyətində yer almayıb və rəsmi qarşılaşmalarda forma geyinməyib.
Qeyd edək ki, Sterlinqin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədə idi.