Rahilin komandasından heç-heçə
16.01.2025 , 14:30

Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” qış təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Ekstraklassa təmsilçisi Polşanın birinci liqasında çıxış edən “Zniç”lə qarşılaşıb.
Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Məmmədov da bu matçda iştirak edib. O, oyunun ikinci yarısında meydana daxil olub.
Rahilin komandası 18 turdan sonra 20 xalla 12-ci pillədəə qərarlaşıb.
