Rahil 120 dəqiqə oynadı, komandası mərhələ adladı
26.09.2024 , 10:00
Milli komandamızın futbolçusu Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” Polşa kubokunda növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, komanda 1/32 final mərhələsində səfərdə Qornik Zabrze” ilə üz-üzə gəlib.
Əsas vaxtda hesab açılmayıb – 0:0. Əlavə vaxtda bir qol vuran “Radomyak” tur adlayan tərəf olub.
Rahil bu görüşdə start heyətində meydana çıxıb və əvəzlənmədən meydanda olub.