“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır.
Korner.az-ın klubun saytına istinadən verdiyi mlumata görə, Premyer Liqanın XXIX turunda “Qəbələ”yə qarşı oyuna çıxacağı halda komandanın yarımmüdafiəçisi Premyer Liqada 200-cü dəfə “ağ-yaşıl” formanı geyəcək.
İndiyədək komandada hamıdan çox – 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib.
Komandadakı 8-ci mövsümünü keçirən kapitan “Xəzər Lənkəran”ın heyətində buna nail olan ilk futbolçudur.