Sabah keçiriləcək “İnter” – “Xəzər Lənkəran” matçı cənubluların kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, ağ-yaşıl formada ən çox oyun keçirmiş futbolçu sabah komandasının heyətində 250-ci rəsmi matçına çıxacaq.
“Xəzər Lənkəran” TV Rahidin bu günə qədər gəldiyi yola nəzər salan videoçarx hazırlayıb. Əmirquliyevin debüt oyunu, ilk qolu, ilk çempionat qolu və karyerasından digər maraqlı məqamlarla aşağıdakı çarxda tanış ola bilərsiniz.
