"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin Korner.az saytına müsahibəsi.
– Almaniyada artıq təlim-məşq toplantısına start vermisiz. Hazırlıqlar necə gedir?
Hər şey şükürlər olsun ki, yaxşıdı. Gündə iki dəfə məşq edirik.
– Azarkeşlər bu dəfə "Xəzər Lənkəran"dan Avropa Liqasında daha yaxşı nəticə gözləyir. Sən nə düşünürsən?
Bu dəfə daha yaxşı nəticə qazanacağımıza inanıram. Azarkeşlərə də deyirəm ki, qrup mərhələsinə düşəcəyimizə əminik. Ona görə də, bu oyunlara daha ciddi və səylə hazırlaşırıq.
– Ötən mövsüm Avroliqada bir mərhələ keçə bildiniz. Bu dəfə də belə olacağından qorxmursuz?
Xeyr. Bu dəfə daha çox mərhələ keçmək üçün yaxşı heyətimiz və gücümüz var. Biz Avropa Liqasının qrupuna düşə biləcək gücdəyik.
– Avropa Liqasındakı potensial rəqibləriniz də məlumdu. Hansı klubu rəqib qismində görmək istəyərdiz?
Bizim üçün o qədər də, fərqi yoxdu. Ancaq ilk mərhələdə daha zəif rəqib düşsə yaxşı olar.
– Komandaya qoşulan yeni transferlərlə bağlı nə deyərdin?
Onlar komandamızın gücünə güc qata biləcək futbolçulardı.
– Braziliyalı qapıçı baxışdadı. Kapitan kimi nə düşünürsən,, o, komandada qalacaqmı?
Hələ yeni gəlib. İki-üç məşqdən sonra onun haqda nəsə demək olar.