Rahid Əmirquliyev: “Xal fərqini artırmalıyıq”
14.02.2020 , 17:56

“Səbail”in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 17-ci turunda “Qəbələ” ilə keçiriləcək oyundan öncə açıqlama verib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi rəqiblə xal fərqini artırmaq istədiklərini deyib:
“Komandada hamı “Keşlə”yə qarşı qazandığımz üç xal ilə razıdı. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda “Qəbələ” ilə oyuna yönəlib. Bu, bizim üçün vacib oyundu. “Qəbələ” ilə xal fərqini artırmalıyıq”.
“Səbail” – “Qəbələ” oyunu fevralın 16-da baş tutacaq.
