Ölkə futbolu

Rahid Əmirquliyev rekorda doğru

04.07.2012 , 08:25

Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə oyunları “Xəzər Lənkəran”ın futbolçuları üçün fərqli xarakter daşıyacaq.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi futbolçular ilk dəfə “Xəzər Lənkəran”ın formasında avrokuboklarda debüt edəcək. Bəziləri üçün isə bu matçlar rekord şansı olacaq.

Belə ki, indiyədək 47 futbolçu avrokuboklarda “Xəzər Lənkəran” forması geyib. Estoniya təmsilçisinə qarşı matçda debüt edəcək oyunçular bu rəqəmi artıracaq. Ən çox oyun keçirən 3 futbolçudan ikisi – Rahid Əmirquliyevlə Alim Qurbanov isə qitə kuboklarında klubun mütləq rekordçusu ola bilər. Məşqçi Zaur Ramazanov kimi 8 oyun keçirən cütlük önə keçmək imkanı əldə edib.

Komandanın kapitanı olan Rahid avrokubok matçına ilk dəfə kapitan sarğısı ilə çıxacaq. Ona qədər Kamran Ağayev 4, Samir Əliyevlə Dmitri Kramarenko hərəyə 2, Emin Quliyevlə Zaur Ramazanov isə 1 dəfə buna nail olub.

Zaur Ramazanovun digər rekordu isə hamıdan çox 3 qol vurmasıdır. Ondan başqa Samir Əliyev, Allan Lalin, Junior Osvaldo və Andrey Mureşan hərəyə 1 dəfə fərqləniblər. Onlardan heç biri indi komandamızda futbolçu kimi oynamır. Bu isə o deməkdir ki, Avropadakı 5 bombardirimiz siyahısı Estoniya təmsilçisinin qapısına qol vuranlar hesabına artacaq.

№ futbolçu oyun qol vərəqə qırmızı kapitan
1. Zaur Ramazanov 8 3 1 0 1
2. Alim Qurbanov 8 0 1 0 0
3. Rahid Əmirquliyev 8 0 2 0 0
4. Kamran Ağayev 6 -8 1 0 4
5. Radomir Todorov 6 0 1 0 0
6. Rəşad Abdullayev 6 0 2 0 0
7. Elmar Baxşıyev 4 0 3 1 0
8. Elnur Allahverdiyev 4 0 1 0 0
9. Emeka Opara 4 0 0 0 0
10. Füzuli Məmmədov 4 0 2 0 0
11. Xaqani Məmmədov 4 0 0 0 0
12. Yakuba Bamba 4 0 0 0 0
13. Emin Quliyev 3 0 2 1 1
14. Junior Osvaldo 3 1 0 0 0
15. Dieqo Qusmao 3 0 0 0 0
16. Elvin Beqiri 3 0 0 0 0
17. Samir Əliyev 2 1 0 0 2
18. Dmitri Kramarenko 2 -5 1 0 2
19. Allan Lalin 2 1 0 0 0
20. Andrei Mureşan 2 1 0 0 0
21. Adrian Pit 2 0 0 0 0
22. Amid Hüseynov 2 0 1 0 0
23. Audriyus Veykutis 2 0 0 0 0
24. Çaba Borbeli 2 0 0 0 0
25. Ceyhun Sultanov 2 0 0 0 0
26. Daruius Jutautas 2 0 1 0 0
27. David İmedaşvili 2 0 2 0 0
28. Denis Silva 2 0 0 0 0
29. Devran Ayhan 2 0 0 0 0
30. Eder Bonfim 2 0 1 0 0
31. İlqar Qurbanov 2 0 0 0 0
32. Joao Paulo 2 0 0 0 0
33. Julius Vobay 2 0 1 0 0
34. Kamal Quliyev 2 0 0 0 0
35. Katalin Doman 2 0 1 0 0
36. Kostadin Cambazov 2 0 2 0 0
37. Mahir Şükürov 2 0 0 0 0
38. Mahmud Qurbanov 2 0 0 0 0
39. Mario Souza 2 0 0 0 0
40. Marius Onoofraş 2 0 0 0 0
41. Martin Stankov 2 0 0 0 0
42. Miroslav Saviç 2 0 0 0 0
43. Rikardo Qomeş 2 0 1 0 0
44. Ədəhim Niftəliyev 1 0 0 0 0
45. Edmond N'Tiamoa 1 0 3 1 0
46. Milorad Koraç 1 -2 0 0 0
47. Aleksandr Martyoşkin 1 – 3 0 0 0

Son yazılar

Yuxarı