"Çox istəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq ancaq təəssüf ki, yenə olmadı".
Bu sözləri Korner.az-ın Lənkəran şəhər stadionuna ezam olunmuş müxbirinə oyundan sonra açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev deyib. Cavab qarşılaşmasında lazımi nəticəni qazanmaq istədiklərini vurğulayan Rahid sözlərinə bu cür davam etdi:
"Növbəti mərhələyə adlamağı çox istəyirik. Hər kəs "Lex"in zəif olduğunu düşünürdü. Lakin hər kəs gördü ki, "Lex" elə həmin "Lex"dir.
