“Neftçi”ylə oyun çətin keçdi. Ancaq sonda oyuna daha yaxşı köklənən tərəf kimi qalib gəldik”.
Bu sözləri Korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.
Əmirquliyev bu gün “Qarabağ”la keçirəcəkləri oyun barədə də fikrini bildirib:
“Bu oyun da asan keçməyəcək. Amma inanıram ki, qələbə qazanacağıq. Biz həmişə çempionluğa oynamışıq. Ona görə də bütün oyunlarda qələbə qazanmağa borcluyuq. Ümid edirəm ki, “Qarabağ”la oyunda 3 xal bizim olacaq”.
