“Komanda hal-hazırda məşqdədi. Lakin Rahid məşqdə iştirk etmir. Dünən Bakıya çatan kimi onun müayinəsi üçün işə başlamışıq. Hazıra müayinən cavabları əliməzdə yoxdu. Zədəsinin ciddi olub olmadığı yalnız müayinənin nəticələri çıxandan sonra bilinəcək. O zədəsinə görə AZAL-la matçı buraxmalı olacaq”.
Korner.az-a açıqlamasında bu fikirləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Qeyd edək ki, “ağ-yaşıllar”ın kapitanı “Bakı”yla matçda zədələnmişdi.
