Qış transfer pəncərəsi zamanı “Xəzər Lənkəran”dan “Qarabağ”a keçən milli futbolçu, “Qarabağ”ın Türkiyə təlim-məşq toplanışı zamanı zədələnmiş, təxminən bir ay yaşıl meydanlardan uzaq qalmışdı.
Korner.az-ın məlumatına görə, zədəsini sağaldaraq Martın 2-sində “Sumqayıt”la keçirilən kubok mücadiləsində ilk dəfə “Qarabağ”da start heyətində meydana çıxsa da elə ilk hissədəcə də yenidən zədələnmişdi.
Belə də 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilmişdir. Artıq futbolçu uğurla əməliyyat olunmuş və hazırda reabilitasiya dönəmini keçirtməkdədir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.
