Rafiq Hüseynov ikinci dəfə dünya çempionu oldu
22.09.2023 , 21:41

Azərbaycanın yunan – Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qalib olub.
Korner.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finalda iranlı Əlirza Mohmadipianini məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib.
O, ilk 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.
