Rafinya La Liqa klubunda qalacaq?
03.03.2025 , 12:55

“Barselona” futbolçusu Rafinya ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, La Liqa klubu braziliyalı oyunçunun müqaviləsini uzadacaq.
Kataloniya təmsilçisi yaxın zamanda 28 yaşlı vingerlə yeni sözləşmə üçün danışıqlara başlayacaq.
Xatırladaq ki, Rafinya 2022-ci ildən İspaniya nəhəngində forma geyinir.
