"Barselona"nın futbolçusu Rafinya Alkantara klubu tərk edə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbəri El Mundo Deportivo dərgisi yayıb.
Mənbədə deyilir ki, Rafinyaya yeni müqavilə təklif olunmayıb. Bu iddianı futbolçunun atası və meneceri Mazinyo irəli sürüb.
Alkantaranın meneceri bunları deyib:
"Rafinyaya yeni müqavilə təklif olunmayıb. Lakin bu bizi narahat etmir. Çünki futbolçunun hazırki müqaviləsi daha bir il qüvvədədi"
