Rafael Nadal “Real”ın prezidenti ola bilər
10.09.2018 , 17:43

“Real”ın prezidenti Florentino Peres “kral klubu”ndakı xələfini açıqlayıb
71 yaşlı futbol funksioneri dünyaca tanınmış tennisçi Rafael Nadalın gələcəkdə bu vəzifəni tuta biləcəyini bildirib. Ancaq Nadal klub prezidentliyinə namizəd olmaq üçün 2031-ci ilə – 45 yaşına kimi gözləməlidir. Çünki namizədlər ən azı 20 il “Real”ın üzvü olmalıdırlar.
Qeyd edək ki, Nadal 2011-ci ildən “Real” klubunun fəxri üzvüdür.
