big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Rafael Durval: Ukrayna ilə oyunun ağır olacağı şübhə doğurmur – MÜSAHİBƏ

21.03.2015 , 10:50

Korner.az futzal yığmamızın üzvü Rafael Durvalın apasport.az saytına müsahibəsini təqdim edir:

– İki görüşdən maksimum xal topladınız. Oyunları necə xarakterizə edərdiniz?

– İlk oyunlar çətin keçir. Belçika ilə matçda qələbə qazanmaq lazım idi. Biz də bunun öhdəsindən gəldik. Birinci hissədə 3 qol vurduqdan sonra üstünlüyümüzü qoruduq. Amma Danimarka ilə qarşılaşma öncəsi vəziyyət daha çətin idi. Çünki Ukrayna bizdən əvvəl meydana çıxdı və böyükhesablı qələbə qazandı. Həm federasiya prezidenti Zaur Axundov, həm də baş məşqçi bizdən ancaq qələbə tələb edirdi. Çünki uduzacağımız təqdirdə, vəziyyətimizi çətinləşdirəcəkdik. Birinci hissə bir qədər çətin keçdi. Ancaq fasilədən sonra istədiyimiz, daha doğrusu, bizə lazım olan qədər qollar vurduq. Əminəm ki, Ukrayna ilə keçirəcəyimiz sonuncu oyuna da hazır olacağıq.

– Danimarka ilə matçın birinci hissəsində cəmi 3 qol vurdunuz. Fasilədə nə dəyişdi ki, ikinci hissədə bu dəfə 8 dəfə rəqib qapısına yol tapdınız?

– Birinci hissə başa çatdıqdan sonra bizə dedilər ki, çox qol vurmaq lazımdı. Çünki birinci pillədə yer alan Ukraynanın qol üstünlüyü yüksək idi. Biz də sonuncu oyunöncəsi bütün situasiyalara hazır olmalıydıq. Ola bilər ki, Ukrayna ilə matç heç-heçə bitsin. Bu mənada, top fərqinə görə onları indidən üstələməli idik. Bizdən tələb etdilər çox qol vurun, biz də vurduq.

– Deyəsən, rəqibin fasilədən dərhal sonra vurduğu qol sizi ayıltdı..

– Birinci hissədə gərginlik var idi. Meydana çıxan birinci “dördlüy”ün beyni sanki qaynayırdı. Sakit ola bilmirdik. Elə deyirdik, qol vuraq. Həyəcan, əsəb işimizə mane olurdu. Ya vəziyyətləri düzgün dəyərləndirmirdik, ya da tələskənliyə yol verirdik. Sanki qapının balaca olduğunu unutmuşduq. Amma fasilədən sonra sakit, düzgün şəkildə oynadıq. Ani ötürmələrlə rəqibi çaş-baş saldıq. 9 top fərqi ilə qələbə qazanmaq bizi çox sevindirdi.

– Qrupun son matçında Ukrayna yığması ilə həlledici oyuna çıxacaqsınız. Rəqib barədə nə deyə bilərsiniz?

– Ukrayna çox güclü rəqibdi. Heyətlərində yaxşı futzalçılar var. Təsadüfi deyil ki, onlar da daim final mərhələsində çıxış edirlər. Biz onların, onlar da bizim oyunumuzun videosuna baxıb. Tam hazır olacağımıza inanıram.

– Güc nisbəti kimin xeyrinədi?

– Bunu oyundan sonra deyə bilərəm. Amma çətin və ağır matç olacağı şübhə doğurmur. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar bizi yaxşı dəstəkləyirlər. Ukrayna ilə oyunda da gözləyirik, gəlsinlər, qələbəni bir yerdə qazanaq və qeyd edək.

Son yazılar

To Top