Rafael Benites rekord maaşla “Panatinaikos”u çalışdıracaq
24.10.2025 , 09:45
İspaniyalı mütəxəssis Rafael Benites “Panatinaikos”un sükanı arxasına keçməyə hazırlaşır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı Benites və onun məşqçi heyəti artıq Yunanıstana gəlib.
“Liverpul”un keçmiş baş məşqçisinin təyinatının şənbə günü rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Bildirilir ki, Benites Yunanıstan çempionatında rekord sayılan illik 4 milyon avro maaş alacaq.
Xatırladaq ki, təcrübəli mütəxəssisin son klubu 2023–2024 mövsümündə çalışdığı “Selta” olub. O, karyerası ərzində “Everton”, “Nyukasl”, “Real Madrid”, “Napoli”, “İnter”, “Valensiya” və digər tanınmış komandalarda da fəaliyyət göstərib.