Rafael Ağayev “Karate Combat” turnirində qalib gəldi
25.06.2023 , 12:33
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünə çıxıb.
Korner.az xəbər verir ki, idmançımız Florida ştatının Mayami şəhərində Coş Kuayhagenlə (ABŞ) qarşılaşıb və rəqibinə qalib gəlib.
Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.