"Biz bu oyunda yaxşı oynadıq. Sadəcə bir az bəxtimiz gətirmədi. Öz səhvimizdən polşalılar bizə qol vurdu". Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Radomir Todorov Korner.az-ın Lənkərana ezam olunmuş əməkdaşına deyib. Müdafiəçi Poznanda baş tutacaq cavab qarşılaşmasında yaxşı nəticə əldə edəcəklərinə inandığını bildirib:
" Məncə şanslar 50-nin 50-yədir. "Lex" burada lazımı nəticə qazandı. Ancaq bizdə Polşada qol vura bilərik. “Nomme Kalyu” ilə evdəki heç-heçədən sonra çoxları bizim səfərdə qalib gələcəyimizə inanmırdı. Lakin biz Estoniyada qalib gəldik. Niyə bunu bu dəfə etməyək?".
