Qadın voleybolçular arasında Azərbaycan Superliqasına hazırlaşan klublar yoxlama oyunları keçirməkdə davam edir.
Korner.az-ın məlumatına görə, son illərin dəyişməz çempionu “Rabitə” digər Bakı klubu “Lokomotiv”i sınağa çəkib.
Paytaxt təmsilçilərinin dueli çempionun asan qələbəsi ilə başa çatıb. “Rabitə” “dəmiryolçular”ı 3 setdə məğlub edib – 3:0 (25:16 25:20 25:22).
Qaliblərin heyətində Yoana Mahmudova hamıdan çox – 11 xal toplayıb. 25 xal toplayan Havliçkovanın canfəşanlığı isə “Lokomotiv”ə yetərli olmayıb.