Dünən qadın voleybolçular arasından Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.
Korner.az-ın məlumatına görə, XVII turun təxirə salınan matçında “Rabitə” “Telekom”u sınağa çəkib.
“Rabitə” rəqibini asanlıqla məğlub edib – 3:0. Bu qələbə ilə lider izləyiciləri ilə xal fərqini daha da artırıb.
Qeyd edək ki, “Rabitə” üçün CEV kubokunun yarımfinalı çərçivəsində Krasnodar “Dinamo”su ilə martın 24-də qarşılaşacaq.
XVII turun təxirə salınan oyunu
20 mart
“Rabitə” – “Telekom” – 3:0 (25:13, 25:18, 25:12)
“Gənclik” Olimpiya İdman Kompleksi
