“Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə «Bakı»da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın yeni transferi Novruz Məmmədov deyib.
“Sarı-qırmızılılar”la 2 illik müqavilə bağlayan 23 yaşlı müdafiəçi “Rəvan”ın onun üçün doğma olduğunu bildirib: “Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.
