Türkiyənin "Orduspor" klubu baş məşqçisi Hektor Kuperlə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin istefasına səbəb Ordu təmsilçisinin Superliqada göstərdiyi nəticələrdə. Ötən gün "Trabzonspor" yenilgisi isə Kuperin gedişinə səbəb olub. Artıq "Orduspor"un yeni baş məşqçisi də məlumdu. Bu, 2007-2008 mövsümündə “Qalatasaray”la çempionluq yaşayan və ötən il “Rəvan”ı çalışdıran Cevat Gülərdir.
