“Rəvan” klubunun qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi yanvarın 5-də bir araya gələcək.
Yanvarın 12-dək Bakıda hazırlıq keçəcək komanda təlim-məşq toplanışının əsas hissəsini əksər klublarımız kimi Türkiyənin Antalya şəhərində reallaşdıracaq. Ayın 14-də qardaş ölkəyə üz tutacaq “Rəvan” 12 gün sonra vətənə dönəcək.
Qeyd edək ki, “Rəvan” toplanış dönəmində 4 yoxlama matçı keçirməyi planlaşdırır.
