Topaz Premyer Liqasının 14-cü turunda “Qarabağ”la qarşılaşacaq “Rəvan” oyunun hazırlıqlarına başlayıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “Bayıl Arena”da baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda məlum zədəli futbolçulardan başqa, hamı iştirak edib.
Qapıçıların ayrıca çalışdığı məşqdə Ş.Diniyev futbolçuları taktiki-texniki hazırlıq keçib.
Futbolçular təzyiq altında topu özündə saxlamaq, iti əks-hücumlar qurmaq üzərində çalışıb. Məşqin sonunda isə cinah asmaları, standart vəziyyətlər üzərində çalışan oyunçular qapıya zərbələr də vurublar.
