Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Rəvan" – "Simurq" qarşılaşmasından sonra baş məşqçilərin fikirləri belə olub:
Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyun çox maraqlı və gərgin keçdi. İlk hissənin sonlarında oyuna nəzarəti itirdik. Fasilədə futbolçularıma oyunda nəzarəti ələ almaq, daha çox topa sahib olmaqla qol imkanları yaratmaq tapşırıqlarını verdim. Nəticədə əldə etdiyimiz qol imkanlarından yararlanıb qələbə qazandıq. “Rəvan” çox gözəl təşkil olunmuş, güclü komandadır".
Bəhmən Həsənov, "Rəvan" klubunun baş məşqçisi: "Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Futbol mövqelər uğrunda mübarizədir. Mövqeləri kim daha tez qazanırsa, o da qalib gəlir. “Rəvan”ın oyun üslubunda müəyyən dəyişikliklər etmişəm. İkinci hissədə oyun nizam-intizamımızı itirdiyimizə görə qapımızda qol gördük. Rəqibimizin mövqeləri ələ keçirməsinə imkan yaratdıq. Gələcəkdə bu səhvləri aradan qaldırmağa çalışacağıq".
pfl.az
