"Rəvan” Futbol Klubuna bu ilin əvvəlində qoşulmasına baxmayaraq, oyunu və insani keyfiyyətləri ilə hamının hörmətini qazanan Miloş Adamoviç subaylığın daşını atıb.
Korner.az-ın kluba istinadən verdiyi məlumata görə, iyunun 19-da 25 yaşını qeyd edən yarımmüdafiəçimiz Bakıya gəlişi ərəfəsində ailə həyatı qurub. 4 ildi nişanlısı olan Yovana ilə evlənən Miloşun toyu Serbiyanın Şabats şəhərində baş tutub.