“Qəbələ” ilə XXXI turun oyununda zədələnən və mövsümü erkən bitirən Dmitri Kruqlov əməliyyat olunacaq.
Korner.az-ın məlumatına görə, “Rəvan”ın eston futbolçusu bu məqsədlə Almaniyaya yollanacaq.
Çiynindən xəsarət alan Kruqlov tezliklə cərrahiyyə əməliyyatına məruz qalacaq və 2 ay sonra məşqlərə başlayacaq. Onun yeni mövsümdə “Rəvan”da çıxış edib-etməyəcəyi bilinmir.
