Topaz Premyer Liqasının I turu çərçivəsində “Simurq” ilə görüşdə artıq ilk hissədə meydanı tərk etməli olan Tofiq Mikayılovun zədəsinin ciddiliyinə aydınlıq gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi dizindəki problemə görə bu il bir daha meydana çıxa bilməyəcək.
Belə ki, MRT müayinəsindən sonra onun xaçvarı bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.
Qeyd edək ki, Tofiq Mikayılov Qəbələdə baş tutan “Simurq”la oyunun 32-ci dəqiqəsində zədələnərək yerini Rəşad Abdullayevə verib.
